Sadınlar

RSS
Sadınlar kəndi Laçın rayonunun qədim əraziyə malik olan kəndlərindən biri.

Sadınlar kəndi ərazisində dövrümüzə qədər gəlib çatmış tarixi çox qədim olan abidələr - kəndin mərkəzində yerləşən alban monastrı, kəndin qənşərində və çox böyük ərazidə yerləşən alban qəbiristanlığı, Həcətkə dərəsində olan və yerli əhalinin "Sınıq kilsə" adlandırdıqları qədim alban kilsəsi , üzərində Günəş, insan şəkilləri həkk olunmuş qəbirüstü daşlar və s. bu yaşayış məskənin çox qədim dövrlərdən mövcud olduğunu göstərir. SADINLAR toponiminin yaranması haqqında çoxlu fikirlər mövcuddur. Bunların içərisində tarix elmləri doktoru Ziyadxan Nəbibəylinin araşdırması daha
Ziyadxan Nəbibəylinin araşdırmalarına görə Sadınlar kəndinin adı Qədim Türk tayfası olan Sodok tayfasının adından götürülmüşdür.Bu fikir "Azərbaycan toponimləri.Ensiklopedik lüğət 1966 s:595" və professor Q.Qeybullayev tarixi mənbələrə əsaslanmaqdan ibarətdir.Q.Qeybullayevin araşdırmalarına görə Yuxarı Zəngəzurda bu gün Basarkeçər bölgəsi də daxil olmaqla onun yaxın ətrafında Sotok adlı bir mahal olmuşdur.Moisey Xorenatsinin yazısında Sode "Alban tarixi"ndə Sovdey kimi adı çəkilən bu yerin I əsrdə Alban tayfalarının yaşadığını bildirir. II əsrdə yaşamış Ptolomey bu əyalətin adını Sodukene kimi qeydə alıb.Musa Kalankatlı da Albaniyada Sodenk mahalının olduğunu qeyd edir. E.Q.Mehrəliyevin tədqiqatlarına görə isə əsl adı Sodok olan bu türk tayfasının orta əsrlərdə Yuxarı Qarabağın əhalisi Azərbaycan türklərindən ibarət Sodoktor kəndinin adında, XVI əsrə aid mənbədə Şəmkir şəhərinin Qurdsadaqban toponimində qalmışdır.Bu tayfa adına orta Asiyada, Altayda da Sodok, Sat, Satak adlı türk tayfaları adı kimi təsadüf olunur.Tədqiqatlar göstərir ki, sodok etnonimi bu və ya digər Sadak, Sodenk, Sodl, Sovdey, Sadatlar kimi göstərilmişdir.Bu isə bir daha sübut edir ki, Sadınlar kəndinin adı Sodok Türk tayfasının adından götürülmüşdür.Həm də yaşayış məntəqəsi Alban dövrünə qədər mövcud olmuş və Sodoklar oda sitayiş etmişlər.Kəndin ərazisində sel sularının yuyub apardığı yamaclarda üzə çıxmış qəbrlər bir neçə mərtəbədə üst-üstə yerləşmişdir.Bu onu göstərir ki, ərazidə məskunlaşmış Türk tayfaları çox qədim tarixə malik olmuşlar.
Тип населенный пункт
Координаты 39°39'12'' с. ш. 46°20'52'' в. д.
Высота над уровнем моря 1 529 метров
Часовой пояс UTC+4
Солнце (сегодня) Восход - 06:43, Заход - 19:16
Поблизости Qarıqışlaq, Акнер / Брун, Аравус, Вагатур, Веришен, Горис, Карашен, Тех, Хнацах, Хознавар

Карта

Фотографии

Добавить фото
Фото 1 - 8 из 8

Комментарии

Комментариев пока нет.
Чтобы оставить комментарий, войдите на сайт